Bu da internetin "vuran ürəyi" - FOTO

31 May 2014 12:09

İspaniyanın və dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri "Telefonica" internet-data mərkəzlərindən birindən unikal fotosessiya hazırlanıb.
 

Çox ciddi mühafizə olunan bu məkanı fotoqraf Timo Arnall dolaşıb.

"Telefonica"nın internet-data mərkəzinin sahəsi 65700 m2-dir və o, İspaniyanın Alkala de Enares şəhərində yerləşir.

Nəhəng server mərkəzləri "Telefonica"nın Avropadakı müştərilərinin "bulud hesablamaları" və məlumatlarının əksəriyyətinin hesablanması ilə məşğuldur.
 

Britaniyalı fotoqraf, rəssam və dizayner Timo Arnallın dediyinə görə, "Telefonica"nın Alkaladakı məkanı Avropanın ən böyük internet-data mərkəzlərindən biridir.
 

300 milyon avroya başa gəlmiş bu mərkəzin hər otağının əlahiddə elektroenerji qidalanması var. Alkala "işıqsız" qalsa belə, mərkəz uzun müddət muxtar fəaliyyət göstərmək iqtidarındadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.