Azərbaycanlı bəstəkardan qəlbləri fəth edəcək "Nostalji" - VİDEO

30 May 2014 15:58
Bəstəkar Tural Bakuvi "Nostalji" adlı yeni instrumental kompozisiyasını təqdim edib
Bəstəkarın dediyinə görə bu dəfə əvvəlki kompozisiyalardan tam fərqli bir formalı, retro-romantik Avropa kompozisiyalarını xatırladan bir kompozisiya ortaya çıxıb.

Milli.Az xəbər verir ki, saksafon-gitara dueti üzərində qurulmuş kompozisiyanın saksafon partiyaları Fərid Ağayevə, gitara partiyaları Ramal Rəsula, orkestr partiyası isə İsmayıl Əlizadəyə aiddir. Aranjman və səsləndirilmə işlərini də Ramal Rəsul həyata keçirib.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəkilə klikləyin.