Skype-da danışıqlar tərcümə olunacaq

31 May 2014 20:15
Microsoft korporasiyası Skype xidməti əsasında real vaxt rejimində danışığın tərcüməsi funksiyasını hazırlayır. Bu haqda Kaliforniyada mətbuat konfransı zamanı jurnalistlərə şirkətin baş direktoru Satya Nadella deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, funksiya Skype Translator adlanır və 2014-cü ilin sonunda Windows 8 əməliyyat sisteminin beta-versiyasında istifadəçilərə əlçatan olacaq.

Microsoftun baş direktoru və Skypeın rəhbəri Qurdip Sinqx Pall konfrans zamanı xidmətin yeni imkanlarını nümayiş etdiriblər: Nadella alman dilində danışan Pall ilə ünsiyyət saxlayıb, Skype isə real vaxt rejimində danışığı alman dilindən ingilis dilinə tərcümə edib. Tərcüməçi hazırda 40 dil dəstəkləyir.

Milli.Az