2016-cı ilin Shevrolet Camaro-su

31 May 2014 21:37
"General Motors" şirkəti rəsmən bildirmişdir ki, gələn il 5-ci nəsil "Chevrolet Camaro" üçün sonuncu olacaq. Bu barədə "Worldcarfans" xəbər verir. Artıq 2016-cı ildə maslkarın 6-cı nəsli bazara çıxacaq. Çox güman ki, yeni avtomobilin prototipi Detroytda keçiriləcək beynəlxalq avtosalonda olacaqdır.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil "Cadillac ATS" və "CTS" ilə eyni platformada yığılacaq. Kifayət qədər texniki yeniliklərə baxmayaraq, avtomobilin eksteryeri demək olar ki, dəyişilməz qalacaq.

Yeni "Camaro"-nun istehsalı "General Motors"-un Miçiqandakı zavodunda olacaq. Əvvəllər avtomobil Ohayoda istehsal edilirdir.

Milli.Az