Milli.Az auto.az-a istinadən bildirir ki, "Yeti Xtreme" adı almış yenilik aqressiv asmaya, böyük havaçıxıntılarına, 17-düymlük disklərə, o cümlədən dartmaq üçün tutacağı olan yeni qabaq bamperə malikdir. Krossoverin damı parlaq sarı rəngdə boyanıb, salonunda 4 ədəd "Recaro" idman oturacaqları quraşdırılıb.
Avtomobilin kapotu altında çexiyalı mühəndislər 150 a.g. olan 1,8-litrlik mühərrik yerləşdiriblər. Mühərrik 6-diapozonlu iki muftası olan "robot" sürət qutusu ilə birgə işləyir. "Yeti Xtreme"-in maksimal sürəti 190 km/satdır. İlik yüzlüyə krossover 9 saniyəyə sürətlənir. Yenilik, həmçinin "Octavia RS" əyləcləri ilə təchiz ediləcək.
Milli.Az