Daşlanaraq öldürülən hamilə qadının əri: "Polis susub izləyirdi"
29 May 2014 18:22
"Farzananı öldürürdülər, onlar da durub baxırdı, heç nə etmədilər"
Pakistanda Lahor məhkəməsi qarşısında ailəsi tərəfindən daşlanaraq öldürülən qadının əri deyir ki, hadisə zamanı polis kənarda durub baxırdı.
Anspress-in məlumatına görə, üç aylıq hamilə olan Farzana Parveen icazəsiz ərə getməkdə günahlandırılıb. Qardaşları və atası ona kərpic ataraq öldürüblər.
"Farzananı öldürürdülər, onlar da durub baxırdı, heç nə etmədilər", - onun əri Muhammad İqbal BBC-yə deyib.
Pakistanda hər il yüzlərlə "namus" qətli həyata keçirilir.