Milli.Az auto.az-a istinadən bildirir ki, model ABŞ-da bu yay satışa çıxarılacaq və qiyməti 32410 dollardan başlayacaq. Yenilik 5 komplektasiya variantı ilə təklif ediləcək. Avtomobilin əsas rəqibi, deyilənə görə, "Hyundai Genesis"dir.
Avtomobilin dizaynı bir çox cizgilərinə görə 2014-cü ildə Detroyt avtosalonunda təqdim edilmiş konsept "Sport Sedan"ı təkrarlayır: damda rəvan xətlər, aqressiv formalı fənər və faralar, V-şəkilli radiator barmaqlığı, bir qədər qaldırılmış arxa bamper.
Avtomobilin salonunda dəridən idman oturacaqları quraşdırılıb. "Maxima" 8-düymlü sensor displeyi olan yenilənmiş multimedia sistemi və mühərriki işə salan sistemlə təchiz edilir.
İdman sedanı bir sıra yardım sistemləri, o cümlədən uyğunlaşdırılmış kruiz-nəzarət, fövqəladə əyləc, kor zonaları monitorinq edən "Blind Spot Detection", arxa hərəkətə nəzarət və sürücünün yorğunluğunu müəyyənləşdirən sistemlər, habelə ətraf nəzarət kameraları ilə də təchiz edilir.
"Maxima"nın kapotu altında təkmilləşdirilmiş 3,5-litrlik V6 benzin mühərrik quraşdırılıb. O, 300 a.g.-ə malikdir. Orta yanacaq sərfiyyatı 100 km məsafəyə 7,8 litrdir.
Milli.Az