"Bakcell" ofisindəki davanı belə əsaslandırdı
27 May 2014 17:41
"Bakcell" iki gün əvvəl Müştəri Xidmətləri Mərkəzində baş vermiş dava ilə bağlı Milli.Az-ın sorğusuna cavab verib. Şirkətin açıqlamasında deyilir ki, H.Cavid prospekti 147 ünvanında yerləşən "Bakcell"in ofisində "Bakcell" Müştəri Xidmətləri Mərkəzi və diler dükanı fəaliyyət göstərir. Mayın 24-də həmin ofisdə baş verən xoşagəlməz hadisə ilə bağlı olaraq "Bakcell" şirkəti bildirir ki, insident "Bakcell" əməkdaşları arasında yox, dilerin mağazasının işçiləri arasında baş verib. Hadisənin iştirakçıları bir neçə saniyədən sonra ofisi tərk ediblər və insident Mərkəzin fəaliyyətinə heç bir təsir göstərməyib. İnsidentdə heç bir abunəçi iştirak etməyib.
"Bakcell" şirkəti hadisə ilə bağlı araşdırma aparıb. Diler bildirib ki, insidentin yaramasına səbəb olan mağaza əməkdaşları barəsində artıq müvafiq qaydada ciddi tədbirlər görülüb. "Bakcell" şirkəti yaranmış narahatçılığa görə müştərilərdən üzr istəyir.
Gülər
Milli.Az