Roma Papası Facebook-dan imtina edəcək

26 May 2014 13:30
The Independent yazır ki, Roma Papası Fransisk Facebook-da hesab açmayacaq, belə ki, kardinallar narahatdırlar ki, səhifədə çoxlu təhqir olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Roma Papasının Twitter səhifəsində də mənfi şərhlər yazılır, Papa Şurası sədrinin sosial kommunikasiyalar üzrə baş keşişi Klaudio Mariya Çelli deyib.

Bu il Vatikan İT mütəxəssislər komandasını işə götürüb ki, sonuncular Roma Papasının səhifəsində təhqiredici şərhləri silsinlər, amma bu mümkün olmayıb, - Vatican Insider saytı yazır.

Roma Papasının Twitter səhifəsinin 4 milyon abunəçisi var.

Milli.Az