Milli.Az 4charx.com-a istinadən bildirir ki, amma tünerlərin də arasında "ağ qarğalar" yox deyil. Rumın ustalar Duster -ə əl gəzdirərək onu altı təkərlə təmin ediblər. İndi Mercedes-Benz markasının məşhur G-Class 6x6 modelinin artıq yeni, qiyməti daha münasib olan rəqibi var.
Renault Technologie Roumanie tüninq şirkəti artıq Renault Duster modelində əlavə tamamlama işləri apararaq onu Rumıniyada Dacia brendi altında satışa çıxarıb. O zaman avtomobil pikap kuzovu və bir sıra xırda üslub yenilikləri əldə etmişdi. Maşın yaxşı populyarlıq qazanmışdı.Altı təkərli Dacia Dustruck da həmçinin pikap kimi konstruksiya edilib, lakin əlavə iki təkər hesabına onun uzunluğunu 5,83 metrədək uzatmaq mümkün olub.
Yeni maşın satışa çıxarılmayacaq, amma Renault muzeyinə qoyulacaq. Altı təkərli Dacia Dustruck haqqında daha ətaflı bir neçə gün sonra rəsmi təqdimat zamanı bildiriləcək. Əlbəttə ki, belə modellərin seriya istehsalı çox mübahisəli məsələdir. Amma altı təkərli Duster avtomobilinin xeyli bahalı Mercedes - Benz G63 AMG 6x6 ilə ciddi rəqabət apara biləcəyi şübhə doğurmur.
Milli.Az