Milli.Az ICTnews-a istinadən bildirir ki, 2012-ci ildə INCJ korporasiyası Sony, Hitachi və Toshiba şirkətlərinin bazasında yaradılan Japan Display maye-kristal panellərin istehsalı üzrə bölməsinə dəstək verib. Yeni şirkət smartfonlar, o cümlədən iPhone və digər qurğular üçün panellərin istehsalı ilə məşğuldur. Fevralda Yaponiya mətbuatı Japan Displayin ABŞ-ın Apple şirkəti ilə ölkədə yeni zavodun tikilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.
Sharpın hesabatına görə, 2014-cü ilin son doqquz ayında LCD panellərinin satış həcmi 7,6 faiz azalıb. Şirkət nümayəndələri bunu valyuta məzənnələrinin dəyişməsi, Çin və Koreya istehsalçıları tərəfindən rəqabətə görə kiçik və orta ölçülü panellərin qiymətinin aşağı düşməsi ilə izah edirlər.
Milli.Az