İraqda İran şirkətinə məxsus avtomobil partlayıb, ölən və yaralananlar var
24 May 2014 12:43
İraqın Diyala əyalətinin Baquba şəhəri yaxınlığında qaz boru kəməri çəkilişləri aparan İran şirkətinə məxsus avtomobil partlayıb.
Trend-in İranın Fars agentliyinə istinadən məlumatına görə, hadisə nəticəsində 6 iranlı ölüb və 5 iraqlı isə yaralanıb.
Məlumatda bildirilir ki, ölən iranlılardan ikisi qaz boru kəmərlərinin çəkilməsi üzrə mütəxəssis olublar.
Milli.Az