Milli.Az auto.az-a istinadən bildirir ki, zəngin standart komplektasiya ilə yanaşı, bu modifikasiya öz alıcılarını fərdiliyi və dinamikası ilə sevindirəcək. "Chrysleer" konserninin tarixində ən güclü 8-silindrli mühərriki olan "Dodge Challenger SRT Hellcat" cari ilin 3-cü rübündə peyda olacaq.
Çox güclü amerikan kupesi ilə tanışlığa güc qurğusu "HEMI V8 Hellcat" ilə başlamaq lazımdır. 6,2-litrlik mühərriki döyülmüş şatunlar, porşnlər və kolenval, alüminiumdan silindrlər bloku üçün başlıq və mexaniki hava sıxıcı kompressorla təchiz ediblər.
Mühərrikin məhsuldarlığı barədə dəqiq məlumat yoxdur, lakin istehsalçının bildirdiyinə görə, bu, 600 a.g.-dən çox olacaq. Mümkün sürət qutusu iki cürdür - standart 6-pilləli mexaniki və 8-pilləli "TorqueFlite" avtomat. Demək olar ki, "Hellcat" versiyası 100 km/saata 4 saniyəyə çatan və maksimal sürəti 293 km/saat olan kupe "Challenger SRT"-dən daha cəlddir.
Masl karı 390-mm 6-porşnli "Brembo" əyləcləri, qara rəngdə 20-düymlük "Slingshot" diskləri, 275/40 ölçülü "Pirelli P Zero Nero" şinləri, idarəetmə rejimini seçmə imkanı olan mexatronik şassi, istiqaməti sabitləşdirən təkmilləşdirilmiş sistem, ABS, o cümlədən böyüdülmüş qabaq splitter, arxa spoyler, fərqli radiator barmaqlığı və ventilyasiya kəsikləri olan kapotla təchiz ediblər.
"Hellcat" mühərriki olan avtomobilin salonunda bir qədər dəyişilmiş oturacaqlar, qapı panelləri və yeni göstəricilər yerləşdirilmişdir. Standart modifikasiyaya cihazlar lövhəsinə yerləşdirilmiş 7-düymlük TFT ekran, mərkəzi konsolda 8,4-düymlük sensor ekranı olan "Uconnect" multimedia sistemi, arxa görünüş kamerası, kor bucaqlara nəzarət sistemi, adaptiv kruiz-kontrol, qarşı toqquşma xəbərdarlığı verən sistem daxildir.
"Dodge Challenger SRT Hellcat"-ın xarici görünüşündə 11 rəng, salonunda isə müxtəlif detallar seçmək olar.
Milli.Az