Eynşteynlə yazışan ayətullah

23 May 2014 20:38
Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, II Dünya Müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Dr. Çeym Veyzman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. 1920-ci illərdə Avropada, Amerikada dərs deyir.

1954-cü ildə ömrünün sonuncu elmi işi "Die Erklung"u ABŞ və Almaniyada yazarkən Albert Eynşteyn bildirmişdi ki, İslam bütün dinlərdən üstün, kamil və ağıla söykənən bir dindir. Bu əsərin bir nüsxəsini fars dilinə tərcümə etdirib Ayətullah Bürucerdiyə göndərir. Eynşteynin bildirdiyinə görə "nisbilik nəzəriyyəsini"nin əsasını o, Quran, "Nəhcül-Bəlağə" və "Biharul-Ənvar"dan götürüb. Onun sözlərinə görə, yalnız bu dində rast gəldiyi kəlamlar onun nisbilik nəzəriyyəsini təsdiqləyirdi ki, indiyədək alimlər bu nəzəriyyənin mahiyyətini anlamırdılar və dini mənbələrdən müvafiq çıxarışlar edə bilmirdilər. Əllamə Məclisinin Merac barədə gətirdiyi hədisi Eynşteyn zamanın nisbiliyinə sübut görürdü (təqribən hədisdə bildirilir ki, Peyğəmbər (s) Meraca gedərkən ayağı su qabına ilişir və Meracın müddəti həmin suyun yerə axması qədər çəkir). Daha sonra isə o Meracın cismən mümkün olmasını sübut edir. Nyutonun 3-cü qanununa əlavələr edib, Meracın məhz cismən mümkün olduğunu isbat edərək E = M.C2>> M = E: C2 formulunu tərtib etmişdi ki, bu formula əsasən, cism enerjiyə çevirilib daha sonra cismə çevirilsə belə, ölməyəcək. Bu elmi işində Eynşteyn daim Ayətullah Bürucerdini yad edərək "dahi Bürucerdi" deyə müraciət edərdi. Bu əsərin əlyazmasını 3000 000 dollara alan London sakini professor İbrahim Mehdi çexiyalı mütəxəssislərin yardımı ilə kitabçanın həqiqətən Eynşteynin xətti ilə yazıldığını sübuta yetirib.
 

1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür.

Albert Eynşteyn 1955-ci il 18 apreldə ABŞ-da vəfat edir.

Milli.Az