Mazda MX-5 10 dəqiqəyə satıldı - FOTO

24 May 2014 21:32
Mazda MX-5 rodsterin 25 illiyi şərəfinə modelin 100 nüsxədə məhdud sayda buraxılmış xüsusi versiyası cəmi on dəqiqə ərzində satılıb. Bu barədə yapon şirkətin mətbuat üçün açıqlamasında bildirilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, istehsalçının açdığı xüsusi mikrosaytda arzu edən hər bir kəs ilkin sifariş üçün ərizəsini yerləşdirə bilərdi. Avtomobillərin öncədən sifariş edilməsini ya mayın 31-də, ya da ilk 250 nəfər qeydiyyatdan keçdikdən sonra qapadılması nəzərdə tutulurdu.

İlk 100 nəfərin ərizələri qəbul ediləcək və avtomobillər müvafiq rəsmi dilerlərə göndəriləcək. Avtomobillər artıq bu yay sahiblərinə çatdırılacq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.