Audi A7 göstərildi - FOTO

24 May 2014 20:42
Audi şirkəti restaylinq edilmiş A7 Sportback və S7 Sportback liftbeklərin xarici görünüşlərini açıqlayıb. Avtomobillərin ictimai debütü 2014-cü ilin avqustunda Moskvada keçiriləcək avtosalonda olacaq. O zaman lazer faralı R8 LMX və yeni Audi TT də təqdim ediləcək.

Yenilənmiş Audi A7 Sportback və S7 Sportback modellərini xələflərindən radiator barmaqlığının tərtibatı, yeni bamperlər və optika və həmçinin qaz xaricetmə sistemi boruları ilə fərqləndirmək mümkündür.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Audi A7 Sportback və S7 Sportback interyerində kəskin dəyişikliklər baş verməsə də istehsalçı şirkətin təmsilçiləri Valcona dərisi kimi bahalı materiallar, alüminium və qoz ağacından taxmalar vəd edirlər. Bundan əlavə, avtomobil Nvidia qrafik çipli multimedia sistemi, Bang & Olufsen audiosistemi və LTE şəbəkəsi vasitəsilə internetə qoşulma imkanı əldə edəcək.

Yenilənmənin texniki tərəfinə gəldikdə isə burada yeniliyə yalnız Audi S7 Sportback ailəsi məruz qalıb. Bundan sonra avtomobil 3,0 litrlik TDI Clean Diesel dizel mühərriki ilə təklif ediləcək.

Yenilənmş Audi A7 Sportback və S7 Sportback modellərin Avropa satışları yayda başlanacaq. Almaniyada qiymətlər A7 üçün 51 300 avrodan, S7 üçün 82 300 avrodan başlayacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.