Təzə Chevrolet alanlar üçün bəd xəbər
22 May 2014 18:45
Yeni Chevrolet avtomobillərində təhlükə var. Bu təhlükəni elə təhlükəsizlik kəməri yaradır.
"General Motors" şirkəti öz avtomobillərini geri çağırmaqda davam edir. Bu dəfə 2,4 mln. ədəd Buick, Chevrolet, GMC, Saturn, Pontiac və Cadillac avtomobili servislərə göndəriləcək. Şirkət bu il ərzində artıq 5-ci dəfədir ki, fərqli qüsurlara görə avtomobillərini geri çağırır.
Potensial defektli olan maşınların sayı 13 milyon ədədi keçib.
"General Motors"un rəsmi məlumatında deyilir ki, geri çağırılan 2009-2014-cü illər ərzində istehsal olunan Buick Enclave, Chevrolet Traverse, GMC Acadia avtomobilləri və 2009-2010-cu illər ərzində istehsal olunan Saturn Outlooks avtomobillərinin təhlükəsizlik kəmərlərində qüsurlar var.
2004-2008-ci illərdə istehsal olunan Chevrolet Malibu avtomobillərində reversin dəyişdirilməsi trosunda qüsurlar olduğuna görə geri çağırılıb.
Milli.Az