eBay-da parolları dəyişin

23 May 2014 21:55
EBay şirkəti bütün istifadəçilərdən öz parollarını dəyişdirməyi xahiş edib. Bu mesaj eBay şirkətinə məxsus PayPal elektron ödəniş sisteminin saytında dərc edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xəbərdaredici mesaj iki səbəbdən dərc edilə bilər: ya PayPal bloquna müdaxilə edərək bu mesajı yazıblar, ya da sistemdə doğrudan da təhlükəsizliklə bağlı problem yaşanıb.

ABŞ-ın eBay şirkəti internet-hərrac, internet-mağaza və ani ödənişlər xidmətini göstərir.

Milli.Az