Əxlaqsız qadınların "qocalar evi" də varmış - FOTO

22 May 2014 11:38

"Bədənləri satmaqla pul qazanan qadınlar qocalanda, əldən düşəndə bura yığışırlar. Bu məkan qoca fahişələrin "qocalar evi" və ya pansionu sayılır".

Tanınmış fransız fotoqraf Benedikt Dekrunun (Bénédicte Decrus) Meksikanın paytaxtı Mexikoda yaşlı, qoca əxlaqsız qadınlar üçün yaradılmış "Casa Xochiquetzal"dakı yaşamla bağlı fotokitabı satışa çıxarılıb.
 

Milli.Az Slate-ə istinadən bildirir ki, "Las Amorosas Más Bravas" ("Ən məşəqqətli sevgilər") adlı kitabın "qəhrəman"ları həyatlarını fahişəliklə keçirən, ömürlərinin qurub dövründə isə "Casa Xochiquetzal"a sığınan qadınlardır.
 

26 qadından ən "gənc"i 55, ən yaşlısı isə 86 yaşdadır.

Həmin məkanı 6 il ərzində araşdırmağa çalışdığını deyən Dekru danışır: "Bu qadınların hər birinin ağrılar, acılar, bəlalar, sevinc və kədərlə dolu həyatı var. Oahakadan olan 72 yaşlı Kanela, Meksikanın "qırmızı fənərlər" səmtində on illərlə "işləmiş" Norma və ya "Casa Xochiquetzal"da yaşasa da, "müştəri"lərinə "xidmət" göstərməyə davam edən Paola... Onlar əxlaqsız qadınlar, bədənlərini satan insanlardır. İndi qocalıblar və sakit, normal yaşam istəyirlər".
 

Bu məkanı 2006-cı ildə sabiq küçə qadını Karmen Munyos yaradıb.

Maliyyələşdirmə isə şəhər bələdiyyəsinin hesabınadır.
 

Dekrunun sözlərinə görə, "Casa Xochiquetzal"da 26 qadın yaşasa da, həmin sığınacaq 250 küçə qadınına yardım edir.

Buranın "sakin"lərindən biri də Mariya İsabeldir.
 

9 yaşı olanda evdən qaçan və küçələrdə yaşamağa başlayan Mariyanın dediyinə görə, 17 yaşına çatanda bədənini satmağa başlayıb.

Amaliya isə 14 yaşından "müştəri"lərə "xidmət"lə məşğul olduğunu söyləyir. O, indi də "işləyir": Amaliya hər axşam Mexikonun həndəvəri La Mersedə yollanır, orada pul qazanmağa çalışır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.