Son günlərdə bir neçə tanışdan apteklərdə baralgin ağrıkəsicisinin tapılmaması ilə bağlı şikayət eşitmişəm. Bildirilir ki, bu ağrıkəsici satışdan yığışdırılır. Səbəb isə ondan başqa məqsədlərlə istifadə edilməsidir. Tanışlardan biri deyir ki, aptekdən baralgin istəyəndə onun əvəzinə nurofen təklif ediblər: "Mənə dedilər ki, analgin, baralgin, tempalgin, ümumiyyətlə, analgetiklər yavaş-yavaş yığışdırılır. Səbəb isə ondan narkotik əvəzləyicisi kimi istifadə olunmasıdır".Səbəb olaraq ondan narkotik əvəzləyicisi kimi istifadə edilməsi göstərilir