Alibaba bank sektoruna girir

10 Aprel 2015 19:57
Alibaba Group Holding Ltd şirkətinin partnyoru olan Ant şirkəti iyun ayında MYbank adlanan onlayn bank istifadəyə verməyə hazırlaşır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Ant şirkətinin iqtisadi bölməsinin baş meneceri Yuan Leyminq Reuters xəbər agentliyinə müsahibə verərkən buraxılışın iyun ayında olacağını bildirib.

Alibaba şirkətinin rəqibi olan Tencent Holding Ltd-nin bu ilin yanvar ayında WeBank internet bankında uğurlu buraxılışından sonra olan bu addımın çox uğurlu olması gözlənilir.

Alibaba şirkəti üçün MYbankın açılması inkişaf etmiş iqtisadi internet platformanın yaradılmasına bir addım yaxınlaşma deməkdir. Ant şirkətinin nümayəndələrinin dediyinə görə, bankinq, kredit, sığorta, ödəmə sistemi və investisiya kimi xidmət sahələrini Çin ictimaiyyətinə təqdim edəcək.

Milli.Az