Milli.Az ICTnews-a istinadən bildirir ki, ikinci yeri 15 faizlik bazar payı ilə LG Electronics şirkəti tutur. Sonrakı yerlərdə bir-birindən cüzi fərqlə Çinin TCL və Haier şirkətləri qərarlaşıb. Onların LCD TV bazarında payı müvafiq olaraq 8 və 7,1 faiz təşkil edir. Liderlər beşliyini bazar payı 6,9 faiz təşkil edən Honkonqun TPV Technology istehsalçısı tamamlayır.
Reytinqin altıncı pilləsində ümumi tədarük həcmi 5,4 faizə çatan Türkiyənin Vestel şirkəti qərarlaşıb. Çinin yeddinci yeri tutan Skyworth şirkəti də eyni göstəriciyə malikdir. Sonrakı yerdə 4,5 faizlik payla daha bir Çin istehsalçısı - Konka şirkəti yer alıb. Siyahını isə payı 3,9 faizə bərabər olan Yaponiyanın Sharp şirkəti tamamlayır.
Digitimes Research istehsalçılar üzrə ədəd sayında tədarük həcmi barədə məlumat vermir. Qeyd olunur ki, ümumilikdə ötən rübdə istehsalçıların hamısı 46 milyon LCD televizor buraxıb.
Ekspertlər, həmçinin siyahıya daxil olmayan Tayvan şirkətləri barədə məlumat veriblər. Cari ilin yanvar-martında Tayvan istehsalçıları 7,53 milyon LCD televizor tədarük edib ki, bu da ötən rübün göstəricisindən 20,8 faiz azdır. Digitimes Researchin proqnozuna görə, ikinci rübdə Tayvandan maye-kristal televizorların tədarükü artaraq 9,1 milyon ədədə çatacaq.
Milli.Az