PayPal-da yenilik olacaq

21 May 2014 23:12
Bu ay eBay saytında virtual valyuta bölməsini əlavə edib və bununla Bitcoin kimi resursların istifadəçilərinə rəqəmli valyuta alış-verişlə məşğul olmaq imkanı təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq şirkət öz kriptovalyutasını Paypal xidməti vasitəsilə yaya bilər.

eBayin rəhbəri Jon Donaxyu bildirib ki, onun şirkəti Bitcoini gələcəkdə oyun qaydalarını dəyişə biləcək, potensial inqilabi texnologiya hesab edir.

Hazırda Paypalın da nə vaxtsa Bitcoini öz xidmətinə əlavə edəcəyinə heç bir zəmanət yoxdur. Lakin Donaxyunun bəyanatları, həmçinin bu yaxınlarda eBayın saytında açılan virtual valyuta bölməsi, bu valyuta növündən istifadəçilərinin də yararlana biləcəyinə ehtimal yaradır.

Milli.Az