Ən güclü Dodge - VİDEO - FOTOSESSİYA

21 May 2014 21:05
Dodge şirkəti yenilənmiş Challenger SRT masl-karın zirvə versiyasını təqdim edib. Yeni model Chrysler şirkətinin indiyədək isthsal etdiyi ən güclü 6,2 litrlik V8 kompressor mühərriki - Hellcart ilə təchiz edilib. Onun 600 a.g. -dən artıq hasilat imkanı olduğu ehtimal edilir. Mühərrik ya altı pilləli mexaniki, ya da səkkiz diapazonlu avtomat ötürücü qutu ilə təchiz ediləcək. Zirvə variantının dinamik xüsusiyyətləri açıqlanmır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, model 20 düymlük yüngül lehimli disklər, 390 mm -lik altı porşenli Brembo əyləc mexanizmləri, modernizə edilmiş ABS və sabitləşdirmə sistemi ilə təchiz ediləcək.

Bundan əlavə Challenger SRT əlavə "park" rejimi (Valet mode) ilə təmin ediləcək. Rejimin aktivləşməsi üçün xüsusi PIN-kod daxil etmək, və ya xüsusi açardan istifadə etmək lazımdır. Maşının komplektasiyasına qırmızı və qara rəngli iki açar daxildir. İkinci açar mühərriki işə salanda avtomatik olaraq "təhlükəsiz" rejim işə düşür.

Yenilənmiş masl-karın təchizatına 8,4 düym sensor ekranlı və 7 düym TFT displeyli Uconnect multimedia sistemi və yeni analoq şkalalı spidomet və taxometr daxildir. Challenger SRT modelini arxa görünüş kamerası, adaptiv kruiz-kontrol, ölü zonalara nəzarət və frontal toqquşmaları xəbərdarlıq sistemləri ilə əldə etmək mümkün olacaq.

Ən güclü Challenger ABŞ-da 2014-cü ilin üçüncü rübünda satışa daxil olacaq. Avtomobilin qiyməti hələlik açıqlanmır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.