"General Motors" milyonlarla insanı aldadıb

20 May 2014 13:37

Dünyanın ən iri avtomobil istehsalçılarından olan General Motors konserni 35 milyon dollar məbləğində cərimələnib.
 

Milli.Az The Boston Globe-a istinadən bildirir ki, avtokonsern yanacaq açarındakı nasazlıqlar barədə vaxtında məlumat verməməkdə suçlanıb. Bu defekt ABŞ-da bir neçə bədbəxt hadisəyə səbəb olub və sonucda 2,6 milyon avtomobil geri çağırılıb.
 

ABŞ-ın Milli Nəqliyyat Deprartamenti (National Transportation Department, NTD) və Milli Yollarda Təhlükəsizlik Administrasiyası (National Highway Traffic Safety Administration, NHTSA) GM konsernini 13 amerikalının ölümünə səbəb olmuş problemi ört-basdır etməkdə suçlayıblar.

Birləşmiş Ştatların nəqliyyat naziri Entoni Foksun dediyinə görə, 35 milyon dollar "qurumun tətbiq edə biləcəyi maksimadl maliyyə cəzasıdır".
 

Bununla yanaşı, GM ilə bağlı təhqiqat başlanıb. Konserni daha sərt cəza gözləyəcəyi istisna olunmur.
 

GM-in sözügedən problemlə bağlı hələ 10 il əvvəl xəbər tutduğu, lakin bu illər ərzində problemi ciddi-cəhdlə gizləməyə çalışdığı sübut olunub.

NHTSA nümayəndəsi Devid Fridman deyib: "GM minlərlə insanın şikayətlərini qulaqardına vurub. Avtomobillərin ilk çağırışı başlayana qədər konserndə mühəndisdən tutmuş, top-menecerlərədək çox adamın problemdən xəbəri vardı".
 

CBC News-un yaydığı məlumata görə, Konnektikut ştatından olan senator Riçard Blumental isə NHTSA-nı suçlayaraq belə problemi görməməkdə suçlayıb.
 

BloombergBusinessweek bildirir ki, Birləmiş Ştatlardakı Avtomobil Təhlükəsizliyi Mərkəzi 35 milyonluq cəriməni "milyardlarla dollar gəlirə malik korporasiya üçün dəryada damla" adlandıraraq cərimənin məbləğinin 1 milyard dollara çatdırılmasını tələb edib.
 

NHTSA isə cərimənin məbləğinin 300 milyon dollara çatdırılmasını istəyir.
 

Milli.Az

Xəbərin mənbələri: US fines GM $35 million in safety case

General Motors agrees to $35M fine as 8,560 more cars recalled

General Motors Decides to Err on the Side of Too Many Recalls