Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

19 May 2014 18:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Milli.Az