Milli.Az ICTnews-a istinadən bildirir ki, broadnetin texniki direktoru Morten Torvildsen deyib: Mən əminəm ki, bizim Huawei ilə əməkdaşlığımız gəlirli və səmərəli olacaq. Huaweiin stasionar şəbəkələr və xüsusilə İP-texnologiyalar sahəsində təcrübəsi bizə Norveçdə gələcəyə istiqamətlənən yüksəksürətli və qənaətcil şəbəkə qurmağa imkan verəcək.
Biz Broadnetə kommersiya 400G İP şəbəkə magistralının həyata keçirilməsində yardımçı olmağımızdan şadıq. Birlikdə biz 400G texnologiyasının sahədə populyarlaşmasına xidmət edəcəyik. Huawei Broadnet ilə yüksək keyfiyyətə və etibarlılığa malik milli Broadnet optik şəbəkəsinin tikintisində əməkdaşlıq etmək niyyətindədir, - Huawei şirkətinin Norveçdəki baş direktoru Erik Çjan bildirib.
Huawei NE5000E 400G şəbəkə magistralı marşrutlayıcısı elastik yardımçı plataların quraşdırılmasını, eləcə də 100GE, 40GE və 10GE platalarının müxtəlif kombinasiyalarını dəstəkləməklə tutumun hər slot üçün Tbit/saniyə səviyyəsinədək sərbəst genişləndirilməsini təmin edir. Marşrutlayıcının Broadnetə şəbəkə arxitekturasını optimallaşdırmağa və onu daha elastik etməyə, eləcə də hər bit üçün buraxılış zolağına xərcləri azaltmağa imkan verəcəyi gözlənilir.
Şirkətin məlumatına görə, hazırda Huawei 60-dan çox kommersiya 400G şəbəkəsi qurub.
Milli.Az