İngilislər ən yaxşıları seçdilər - FOTO

19 May 2014 11:02

Londonda Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (The British Academy of Film and Television Arts, BAFTA) mükafatlarının təqdimat mərasimi keçirilib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın ITV telekanalı ötən ilin mayın 22-də Londonun cənub-şərqindəki Vuliç səmtində iki islamçının ingilis hərbçini qətlə yetirməsi ilə bağlı reportajlar seriyasına görə mükafat alıb.
 

"Ən yaxşı dramatik serial" nominasiyasında uydurma Uezerfild şəhərindən bəhs edən "Coronation Street" teleserialı qalib gəlib.

İlk seriyası ITV-də 1960-cı ildə göstərilmiş bu serialın indiyədək 8 mindən artıq seriyası göstərilib.
 

Dünyaca məşhur teleaparıcı və naturalist Devid Attenboro 3D formatda çəkilmiş "Natural History Museum Alive 3D" filminə görə "Ən yaxşı sənədli film" nominasiyasının qalibi olub.
 

Londondakı "Theatre Royal"da keçirilən mərasimə Martin Friman, Cim Brodbent, Denni Dayer, Aaron Pol da qatılmışdılar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.