Droqba vidalaşdı

18 May 2014 11:39
"Qalatasaray" klubunun hücumçusu Didye Droqba "Kayseri Erciyesspor"la superliqa matçından sonra komandası ilə vidalaşıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kot-d`İvuar yığmasının forvardı oyundan sonra paltardəyişmə otağına gedərək komanda yoldaşları və texniki heyətlə vidalaşaraq onlara uğurlar arzulayıb.

"Hamınıza acı, xoş və uğurlu günlər - bir sözlə, hər şey üçün təşəkkür edirəm", - deyə Droqba bildirib.

Qeyd edək ki, Droqbanın yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.

Milli.Az