Xalq artisti: "Mən işlə qurtardım"

30 Oktyabr 2014 23:55

"Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam".
 

Milli.Az aznews.az-a istinadən bildirir ki, bunu xalq artisti Ramiz Əzizbəyli deyib. O, ev şəraitində müalicəsinin davam etdiyini bildirib:

"Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm".

R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O deyib ki, səhhəti işləməyə imkan vermədiyindən özü ərizə yazıb: "Mən işlə qurtardım, indi pensiyadayam".
 

Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib. Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.
 

Milli.Az