Xırdalanda da metro olacaq?

17 May 2014 12:05

Xırdalan istiqamətində də metro stansiyasının tikilməsi təklif olunub

"Böyük Bakının Regional İnkişaf Planı" (sxemi) layihəsində Xırdalan istiqamətində də metro stansiyasının tikilməsi təklif olunub.

AzərTAc xəbər verir ki, bu fikri "Böyük Bakının Regional İnkişaf Planı" (sxemi) layihəsinin təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə müsahibəsində deyib.

Bildirilib ki, metronun "Avtovağzal" stansiyasında tikinti işləri artıq başa çatmaq üzrədir və yaxın vaxtlarda onun açılışı gözlənilir.

İlqar İsbatov vurğulayıb ki, şəhərdəki mövcud durumu və yüklənməni nəzərə alaraq növbəti stansiyanın Xırdalan istiqamətində açılması və bu vaxt müvafiq sürətli qatarlardan istifadə edilməsi məqsədəuyğun olardı.

Milli.Az