İran görünməyən təyyarələri aşkarlayan RLS hazırladı

17 May 2014 10:54
"İran gizli və radarda görünməyən təyyarələri (stealth) aşkarlamağa imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) təqdimatını keçirəcək".

Bunu İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib.

Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verib.

F.İsmaili deyib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının il dönümündə keçiriləcək.

O deyib ki, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub.

Milli.Az