Eto'o "Beşiktaş" rəhbərini təhqir etdi

16 May 2014 10:26
"Çelsi"nin və Kamerun millisinin hücumçusu Samuel Eto'o ölkəsinin mətbuatına müsahibə verib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, təcrübəli hücumçu gələcək karyerası haqda danışıb: "Bəziləri futbolu Amerika, ya da Mərkəzi Asiyada bitirəcəyimi düşünür. Ancaq mən hələ Çempionlar Liqasında oynamaq istəyirəm. Hansı komandada olacağımı deyə bilmərəm. Amma ÇL-da oynaya biləcək qədər gücüm var.

Təcrübəli hücumçu son vaxtlar onu qoca adlandıranlara da maraqlı cavab verib: "Hansısa axmağın məni qoca adlandırmağına inanmamalısınız. Hazırda 37 yaşım var. Ancaq bəzi futbolçular 42 yaşında da mundialda oynayıb".

Qeyd edək ki, Eto'o "Çelsi" forması ilə bu mövsüm Premyer Liqada 21 oyunda 9, ÇL-da isə 9 oyuna 3 qol vurub.

Milli.Az