Ən güclü Megane göstərildi - FOTO

15 May 2014 21:37
Renault şirkəti "qaynar" Megane RS heçbekin 275 Trophy adlandırdığı trek modifikasiyasını rəsmən təqdim edib. Məhz bu avtomobilin Nürbyurqrinqdə yeni rekord müəyyən edərək "Şimal dolanbacı"nın ən sürətli avtomobili adını özünə qaytaracağı gözlənilir. Hazırda bu titul dairəni 7 dəqiqə 58,44 saniyəyə başa vurmuş Seat Leon Cupra modelinə məxsusdur

Milli.Az 4charx.com-a istinadən bildirir ki, iki litrlik benzin turbomühərrikin gücü 10 a.g. artaraq 275 at gücünə çatıb. Maksimal fırlanma anı əvvəlki kimi 360 Nm olaraq qalıb. "Qaynar" heçbekin dinamik göstəriciləri hələlik açıqlanmır.

Modelin salonunda dəri və alkantara ilə üzlənmiş Recaro kürsüləri və kəndarlarda hər nüsxənin fərdi nömrəsini göstərən metal lövhələr peyda olub.

Yeni model üçün sifarişlər iyunun 3-dən qəbul edilməyə başlanacaq. Megane RS xüsusi versiyası beş qitənin 20 ölkəsində satılacaq. Fransada onun qiyməti minimum 38 min avro olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.