LG fitnes trekerləri hazırlayıb

15 May 2014 18:11
Cənubi Koreyanın LG şirkəti iki fitnes-aksesuarın - smart Lifeband brasleti və ürək döyüntülərinin tezliyini izləyən Heart Rate Earphone qarniturasının çıxış tarixini açıqlayıb. Consumer Electronics Show (CES) sərgisində nümayiş etdirilmiş hər iki cihazı mayın 18-dən etibarən başlayaraq satın almaq mümkün olacaq. LG şirkəti bu cihazların qiymətini daha sonra açıqlayacaq.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, Lifeband Touch - bu, insanın fiziki aktivliyinə nəzarət edən smart-qolbaqdır. Onun qapağının alt hissəsində iki ötürücü yerləşdirilib: üçoxlu akselerometr və hündürlüyü ölçən. LG şirkəti cihazı hazırlayan zaman rəqiblərindən ən yaxşı ideyaları götürərək tətbiq ediblər.

Bundan başqa, Lifeband daxil olan zəng və SMS haqda bildirir, smartfonda musiqi oxudulmasının idarəsinə icazə verir. Yeni cihaz həm iOS, həm də Android-qurğularla işləyir. Akkumulyatorun tutumu 90 milliamper/saat təşkil etsə də, 5 günlük istifadə üçün kifayətdir.

Heart Rate Earphone - bu, nəbzi ölçən simsiz qulaqcıqlardır. Ürək ritmi qulağın damarlarındakı qanaxmanın ritmik dəyişikliyinə görə təyin edilir.

Milli.Az