Prezident İlham Əliyev Panamanın yeni seçilmiş Prezidentini təbrik etdi

14 May 2014 19:12
Prezident İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Milli.Az