330 min dollara onunla nahar

14 May 2014 17:17
Charity Buzz xeyriyyə hərracı Apple direktoru Tim Kukla naharı 330 min dollara satıb. Ötən il Apple CEO-su ilə bir fincan qəhvə içmək imkanı iki dəfə baha qiymətə satılmışdı.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təşkilatçı deyir ki, hərracdan qazanılmış pul ABŞ-da Robert Kennedi adına Ədalət və İnsan Hüquqları Mərkəzinə veriləcək.

Charity Buzz qalibin kimliyini açıqlamayıb, amma bildirilib ki, hərracın şərtlərinə görə nahar müddəti ən azı 1 saat olmalıdır və Appleın baş ofisində keçirilməlidir.

Appleın ofisinədək uçuşun qiyməti qalib tərəfindən ödənilir.

Milli.Az