Milli.Az 4charx.com-a istinadən bildirir ki, arxa ötürməli M235i versiyasında olduğu kimi yeni avtomobil 326 a.g. olan tək sıra altılıq mühərriklə təchiz ediləcək. Aqreqat səkkiz diapazonlu avtomat ötürücü qutu ilə birgə çalışacaq.
M235i xDrive ilk "yüzlüyə" 4,6 saniyədə sürətlənəcək. Bu, həmin ötürücü qutu ilə adi M235i göstəricisindən 0,2 saniyə tezdir.
Tam ötürmə ilə avtomobilin çəkisi 1525 kq, yanacaq sərfiyyatı isə 7,8 L/100 km təşkil edir.
Milli.Az