Nazim İmanov yeni vəzifəyə görə minnətdarlıq etdi - FOTO
14 May 2014 13:31
Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyinat alan iqtisad elmləri doktoru, professor Nazim İmanovun təqdimatı olub.
Modern.az saytı xəbər verir ki, təqadimatla əlaqədar AMEA İqtisadiyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse- prezidenti, akademik İsa Həbibbəyli və AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., müxbir üzv Teymur Kərimli iştirak ediblər.
İclasda AMEA İqtisadiyyat İnstitutunun yeni direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun Elmi Şura üzvlərinə təqdimatı olub.
İqtisad elmləri doktoru, professor Nazim İmanov çıxış edərək, ona göstərilən etimada görə öz minnətdarlığını bildirib.
Modern.az saytının əməkdaşı Nazim İmanova müraciət edərək, yeni direktordan institutda hansı dəyişiklişlər edəcəyini soruşub.
Amma son illər media ilə təmasdan qaçan Nazim müəllim bu dəfə də cavab verməyib.
Nazim İmanov müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən iqtisad elmləri doktoru N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rol oynayıb.
Sonralar uzun müddət yanaşı addımladığı siyasi lider Etibar Məmmədovun partiyasından istefa verib. O, AMİP-də sədr müavini postunu tutub.
Nazim İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.
O, daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb.
Modern.az saytı Nazim İmanovun təqdimatından çəkilmiş fotonu təqdim edir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
