Saturn dünyanın yanından keçərsə - FOTO

14 May 2014 13:37
Saturn dünyanın yanından keçərsə, nə baş verər?

Anspress-in məlumatına görə, Yeti Dinamiks adlı bir istifadəçi bu suala cavab tapmağa çalışıb. Hazırladığı həqiqi animasiyalarla insanların diqqətini çəkən Yeti Dinamiks son videosu üçün NASA-nın məlumat arxivindən istifadə edib.

Buz parçacıqlarından ibarət olan halqaları ilə birlikdə dünyadan 9 dəfə böyük olan Saturn yerdən 1,3 milyard kilometr uzaqlıqdadır. Əgər Saturn Ay məsafəsindən saatda 130 min kilometr sürətlə keçərdisə, bu Yer kürəsində bənzərsiz bir görüntü meydana gətirərdi.

Məlumatlara görə, Saturn, ola biləcək bir keçidi zamanı Yer kürəsinə Aydan 150 qat daha çox işıq əks etdirə bilər. Saturn həqiqətən bu məsafədən keçəsi olsaydı, Ayın dünya üzərindəki fiziki təsirindən 200 min qat daha çoxunu göstərə bilərdi.

Elm adamlarının hesablamarına görə, normal şərtlərdə nəhəng planet əsla dünyaya bu qədər yaxınlaşa bilməz.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.