"Xəzər Lənkəran"ın sabiq hücumçusu dünya çempionatına yollanır

14 May 2014 11:16
Kosta-Rika milli komandasının DÇ-2014 üçün ilkin heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Xorxe Luis Pintonun ilkin heyətində "Xəzər Lənkəran"ın sabiq üzvü Rendall Brenes də yer alıb. Şimali amerikalıların 30 nəfərlik siyahısı belədir:

Qapıçılar: Keylor Navas ("Levante", İspaniya), Patrik Pemberton ("Alaxuense"), Daniyel Kambronero ("Erediano"), Esteban Alvarado ("Alkmaar", Hollandiya)

Müdafiəçilər: Conni Akosta ("Alaxuense"), Cankarlo Qonzales ("Kolambus", ABŞ), Heiner Mora ("Saprissa"), Xunior Dias ("Maynts", Almaniya), Kristian Qamboa ("Rusenborq", Norveç), Roy Miller ("Nyu-York", ABŞ), Kendall Uotson ("Saprissa")

Yarımmüdafiəçilər: Celso Borges (AİK, İsveç), Kristian Bolanyos ("Kopenhaqen", Danimarka), Esteban Qranados ("Erediano"), Maykl Barrantes ("Olesunn", Norveç), Yeltsin Teheda ("Saprissa"), Dieqo Kalvo ("Valerenqa", Norveç), Migel Kubero ("Erediano"), Karlos Ernandes ("Vellinqton", Avstraliya), Ariel Rodriqes ("Alaxuense"), Hansell Araus ("Saprissa")

Hücumçular: Alvaro Saborio ("Solt-Leyk", ABŞ), Brayan Ruis (PSV, Hollandiya), Coel Kempbell ("Olimpiakos", Yunanıstan), Rendall Brenes ("Kartaxines"), Marko Urenya ("Kuban", Rusiya), Xairo Arrieta ("Kolambus", ABŞ)

Milli.Az