Bərdədə ev yandı - FOTO

13 May 2014 18:21

Yanğın zamanı xəsarət alan olmayıb

Bərdədə fərdi yaşayış evində yanğın baş verib.

Anspress-in məlumatına görə, yanğın Bərdənin Mahir Cəfərov küçəsində, rayon sakini Ağalar Abbasova məxsus evdə qeydə alınıb.

Saat 16:00-da başlayan yanğına dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin yanğınsöndürənləri müdaxilə edib.

Təqribən 10 dəqiqə ərzində alovun qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyünün 62 kv.m-i və evdəki əşyaların bir qismi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Hazırda FHN-nin əməkdaşları yanğının başvermə səbəblərini araşdırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.