Asiya mətbuatı nədən yazır?

18 Noyabr 2010 18:48
Asiya ölkələrinin qəzetlərində bu gün əsas başlıqlar iqtisadiyyat, fövqəladə hallar və maliyyə ilə bağlı olub.
"Japan Today": ""Japan Airlines" aviaşirkətində yeni idarəçilər var. Onlar aviaşirkətə iflasdan sonra özünə gəlməyə yardım etməlidirlər"
"Nikkei": ""Mitsubishi" ABŞ-da i-MiEV elektromobilləri üçün yeni enerjidoldurma qurğuları quraşdıracaq. Yapon avtomobil konserni Birləşmiş Ştatların "Best Buy" və "Eaton" korporasiyalarnı ilə əməkdaşlıq edəcək"
"Chosun İlbo": "BMT Şimali Koreyada kütləvi aclıq təhlükəsinin yarandığını bildirir. Ölkə əhalisinin təxminən 1/3 hissəsi daim yarıac vəziyyətdədir. 2011-ci ildə Şimali Koreyanın ac qalmamaq üçün təxminən yarım milyon ton taxıl idxalına ehtiyacı var"
"China Daily": "Şanxayda 58 mərtəbəli yaşayış binasında güclü yanğından sonra çinlilər yanğınsöndürmə balonları almağa başlayıblar. İnternetdəki "taobao.com" onlayn-hərracından verilən məlumata görə, əgər əvvəllər gündə 4 yanğınsöndürən ballon satılırdsa, indii 55 balon satılır"
"South China Morning Post": "Pekin inflyasiyaya qarşı sərt addımlar atılacağını bəyan etdi. Çin kənd təsərrüfatı sektorunda möhtəkirlik və məhsul ehtiyatlarının həddən ziyadə yığılmasının qarşısını alacaq".

Orxan
Milli.Az