Ucuz Nokia Lumia 630 göstərildi

13 May 2014 22:13
Microsoft-un mobil bölməsindən bildirilib ki, Hindistan bazarı üçün Windows Phone ilə işləyən ucuz smartfon buraxacaq. Şirkət yeni aparat vasitəsilə Hindistanda təsirini genişləndirməyə ümid edir. Yeni aparat Nokia Lumia 630 adlanır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Nokia Lumia 630 aparatının qiyməti 200 dollardan ucuz olacaq və iki SİM kart dəstəkləyəcək. Həmçinin 4,5 düymlük ekran və Windows Phone 8.1 platformasının son versiyası quraşdırılacaq.

Milli.Az