Füzulidə minik maşını avtobusla toqquşdu: 1 hərbçi öldü
18 Noyabr 2010 16:51
Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, içində 4 hərbçi olan "VAZ 2107" markalı avtomobil "İkarus" markalı avtobusla toqquşub. Qəza nəticəsində bir hərbçi həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin verdiyi məlumata görə, həlak olan hərbçi 1978-ci il təvəllüdlü Qalib Tapdıq oğlu İsayevdir. Nazirliyin nümayəndəsi bildirib ki, Q. İsayev maşında tək olub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Milli.Az