İlk baxışdan bura adi məktəbdən fərqlənmir. Digər məktəblərdə olduğu kimi, burada da kürəklərində çanta olan şagirdlər, dərsə tələsən müəllimlər, qapıda övladlarını gözləyən valideynlər diqqətimizi çəkdi. Lakin içəri daxil olanda bu məktəbin digər ümumtəhsil məktəblərindən kifayət qədər fərqləndiyinin şahidi olduq. Bura etika və estetikanın birləşdiyi Bakı Xareoqrafiya Məktəbidir. Mühafizəçi ilə söhbətləşdikdən sonra məktəbə daxil olduq. Birinci növbənin dərsləri bitdiyi üçün məktəbin girişindəki qarderobda kimisi paltarlarını geyinir, kimisi qarderob işçisi ilə söhbətləşir, kimisi də valideynlərini axtarırdı. Şagirdləri müşahidə edərkən hiss olunurdu ki, onların estetik görünüşləri, yerişləri, duruşları digərlərindən fərqlənir. Bu məktəbdə hər şey o qədər fərqlidir ki, insan özünü təhsil ocağında deyil, başqa aləmdə hiss edir.Etika və estetikanın birləşdiyi məkan: Bakı Xoreoqrafiya Məktəbi