Yeni, gözlənilən sürpriz - VİDEO

12 May 2014 18:58
Mercedes-Benz şirkəti hazırda Mercedes-Benz CLA45 AMG Shooting Brake modelini ümumi istifadə yollarında sınaqdan keçirir. Bu variant sürpriz deyil, belə ki, CLA sırası artıq Shooting Brake variantına sahib CLS sırasını daban-dabana izləyir.

Milli.Az 4charx.com-a istinadən diqqətinizə yeni modelin çəkildiyi kiçik bir video təqdim edirik. Onu dayanacaqda və həm də tamamilə örtüksüz görüb çəkiblər.

Model təxminən dördqapılı kupedəkinə oxşar kuzov əldə edəcək. Yeganə fərq arxa hissənin ölçülərinin bir qədər böyüməsidir. Bununla da arxa sərnişinlərin ayaqları üçün yer artıb.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.