Artıq 5G sınanır

12 May 2014 19:57
Yaponiyanın NTT Docomo mobil operatoru 2020-ci ildə işə salacağı 5G texnologiyasının sınaqlarının keçirilməsini bəyan edib. Şirkətin məlumatına görə, sınaqlar Alcatel-Lucent, Ericsson, Fujitsu, NEC, Nokia və Samsung şirkətlərinin avadanlıqları ilə aparılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, NTT Docomo nümayəndələrinin sözlərinə görə, onlar 5G (beşinci nəsil şəbəkə) rabitəsi üçün 5 QHs-dən yuxarı olan radiodalğalardan istifadə etmək niyyətində olduqlarını bildirərək bu diapazonun çox yükləndiyini və onun bazasında zəifləyən və güclənən rabitə xətləri üçün böyük radiokanallı məlumat ötürmə sistemlərinin yaradılmasının mümkünlüyünü qeyd ediblər. Şirkətdən həmçinin bildirilib ki, yaxın bir neçə il ərzində operator texnologiyadan mobil rabitə üçün istifadəni uyğunlaşdırmaq niyyətindədir.

Sınağın keçirilməsi üçün mühəndislər 11 QHs tezlik diapazonunda 400 meqahers dalğasından istifadə ediblər. Məlumatlar saatda 9 km/saat sürəti ilə hərəkət edən avtomobildən ötürülüb.

Göstərilən sürət məlumatları bir neçə axına bölən Multiple Input Multiple Output (MIMO) texnologiyasının köməyi ilə əldə edilib. Məlumatların ötürülməsi üçün eyni zamanda 8, qəbulu üçün 16 antenadan istifadə olunub. 

5G şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bu şəbəkənin buraxılış qabiliyyəti 3G ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.

Məhz bu planlar Alcatel-Lucent, Ericsson, France Telecom, Huawei, Intel, Nokia Solutions and Networks və Telecom Italia kimi şirkətlərin daxil olduğu 5GPPP təşkilatının layihəsində yer alıb.

Milli.Az