iMessage-in "ata"sı getdi

12 May 2014 20:56
iMessage və FaceTime tətbiqlərinin tərtibatçısı Endrü Vayrros Layer messencerinə görə Apple şirkətini tərk edib.

O, LinkedIn işgüzar sosial şəbəkəsində öz hesabında yazıb ki, 2014-cü ilin yanvarından Apple şirkətini tərk edib, amma şirkət rəsmiləri yalnız mayın 7-də bu haqda xəbər veriblər. İlk dəfə TechCrunch nəşri bu informasiyanı dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Vayrros 2009-cu ildə Apple şirkətində işə başlayıb. O, şirkətdə iMessage, FaceTime tətbiqlərinin və push-xəbərdarlıq sisteminin hazırlanmasında iştirak edib. Bununla belə, o hesab edir ki, Layer üzərində iş daha çox təcrübə qazandıra bilər, çünki söhbət bir tətbiqdən deyil, bütöv sistemdən gedir. Qeyd edək ki, o, startap komandasında texniki direktor vəzifəsini icra edəcək. Bundan əvvəl Vayrros Xerox, Yahoo! və NeXT şirkətlərində işləyib.

Layer - çoxplatformalı messencerdir, kənar istehsalçı 10 kod sətri vasitəsilə öz tətbiqini qoşa bilər. Android, iOS və Windows Phone platformaları üçün yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az