Bu gün "Qəbələ" klubunun baş məşqçisi Yuri Syominin 67 yaşı tamam olur. Milli.Az-ın qol.az-a istinadən xəbərinə görə, Y.Syomin 1947-ci ilin mayın 11-də Rusiyanın Orenburq şəhərində doğulub.
Futbolçu kimi müxtəlif vaxtlarda "Spartak" (Moskva), "Dinamo" (Moskva), "Kayrat", "Çkalovets", "Lokomotiv" və "Kuban" komandalarında oynayıb.
1982-ci ildən məşqçiliyə başlayan rusiyalı mütəxəssis o vaxtdan indiyədək "Kuban", "Pamir", "Lokomotiv", Yeni Zelandiya (olimpiya millisi), Rusiya millisi, Moskva və Kiyev "Dinamo"larını çalışdırıb. 2013-cü ildən "Qəbələ"də işləyir.
Syomin məşqçi kimi "Lokomotiv"lə iki dəfə Rusiya çempionu, dörd dəfə kubokun qalibi, iki dəfə superkubokun, bir dəfə Birlik kubokunun qalibi olub. Kiyev "Dinamo"sunda isə bir dəfə Ukrayna çempionu adını və ölkə kubokunu qazanıb.
Milli.Az